Finss.az - Avropa Statistik Ofisi (Eurostat) may ayına dair İstehsalçı Qiymətləri İndeksi (İQİ) göstəricilərini açıqlayıb.
Məlumatlara əsasən, Avropa İttifaqında İQİ əvvəlki aya nisbətən 0,6% azalıb, lakin illik müqayisədə 0,3% artım qeydə alınıb.
Avrozonada isə may ayında aylıq bazada İQİ 0,6% azalıb, illik isə 2,2% artıb. Bazarda gözləntilər aylıq 0,6% azalma, illik isə 0,3% artım yönündə olub.
Aİ ölkələri arasında aylıq artım ən çox Kiprdə, 1% səviyyəsində olub. Mart ayında isə Bolqarıstanda illik 7,8%, Yunanıstanda isə 6,4% artım müşahidə olunub. Digər tərəfdən, Portuqaliya və Finlandiyada azalmalar qeydə alınıb.