DÜNYA

01 İyul

Braziliya Kənd Təsərrüfatı sektoruna 95.04 mld. dollar kredit ayırır

Finss.az - Braziliya hökuməti 2025/26-cı illər üçün kənd təsərrüfatı biznesinin maliyyələşdirilməsi planını açıqlayıb.

"Plano Safra" adlı bu proqram çərçivəsində 516,2 milyard real (təxminən 95 milyard ABŞ dolları) məbləğində subsidiyalı kreditlər təqdim olunacaq. Bu vəsait, əvvəlki mövsümə nisbətən 8 milyard real artımla, ölkənin kənd təsərrüfatı sektorunun inkişafına mühüm dəstək olacaq.

Bundan əlavə, hökumət ailə təsərrüfatlarına yönəlmiş 89 milyard real məbləğində əlavə vəsait ayırıb. "Plano Safra" proqramı Braziliyada kənd təsərrüfatı istehsalını artırmaq və iqtisadiyyatı gücləndirmək üçün əsas maliyyə alətidir.

Ekspertlər bildirir ki, bu addım kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə, ixracatın genişlənməsinə və ümumi iqtisadi göstəricilərin yaxşılaşmasına səbəb olacaq.