Finss.az - ABŞ administrasiyası azyaşlılara gender terapiyası göstərən xəstəxanaların federal maliyyələşməsini dayandırmağı nəzərdən keçirir.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırda Prezident Donald Trampın administrasiyası doqquz uşaq xəstəxanasına sorğu göndərərək cinsiyyət dəyişdirmə əməliyyatları, hormonal terapiya və yetkinlik blokatorları ilə bağlı məlumat tələb edib. Rəsmi şəxslər bildirirlər ki, bu tələblərə əməl olunmazsa, həmin xəstəxanalar “Medicaid” proqramından çıxarıla bilər.
“Medicaid” proqramının rəhbəri Mehmet Oz bildirib ki, administrasiya uşaqları “həyatı dəyişdirən eksperimental prosedurlardan” qorumağı hədəfləyir.
Artıq Los-Anceles Uşaq Xəstəxanası gender terapiyası proqramını dayandırdığını açıqlayıb. Xəstəxananın illik gəlirinin 65%-dən çoxu federal mənbələrdən formalaşır.