Finss.az - İsraildə yerləşən ən böyük təbii qaz yatağı olan Leviathan (“Leviatan”) növbəti bir neçə saat ərzində fəaliyyətini yenidən bərpa edəcək.
Bu barədə yerli NewMed agentliyi məlumat yayıb.
Yatağın fəaliyyətinin bərpası üçün ölkənin Energetika Nazirliyindən icazə alındığı bildirilib. Leviathan təbii qaz yatağı İsrailin yanısıra regionda Misir və İordaniya kimi ölkələrin də qazla təmin edilməsində mühüm rol oynayır.
Leviathan yatağı regionun enerji təhlükəsizliyi və qaz ixracı üçün strateji əhəmiyyət daşıyır. Onun fəaliyyətinin bərpası enerji təchizatında fasilələrin qarşısını almaqla yanaşı, regional enerji bazarlarında da sabitliyə töhfə verəcək.