DÜNYA

26 May

Tramp təsdiqlədi,ABŞ-da 70 min yeni iş yeri yaradılacaq

Finss.az - ABŞ prezidenti Donald Tramp, ABŞ-ın sənaye nəhəngi United States Steel və Yaponiya şirkəti Nippon Steel-in birləşməsini təsdiqləyib.

Bu strateji əməkdaşlıq çərçivəsində 14 milyard dollar həcmində sərmayə yatırılacaq və ən azı 70 min yeni iş yeri yaradılması planlaşdırılır.

Tramp bildirib ki, US Steel-in baş ofisi Pittsburqda qalacaq və investisiyaların əsas hissəsi növbəti 14 ay ərzində həyata keçiriləcək. Qeyd edək ki, Trampdan əvvəlki prezident Co Bayden bu əməliyyatı milli təhlükəsizlik səbəbləri ilə bloklamışdı.

Tramp həmçinin mayın 30-da Pittsburqda US Steel-də mitinq keçirəcəyini açıqlayıb.

Nippon Steel və US Steel səhmləri Trampın açıqlamalarından sonra bazarda əhəmiyyətli dərəcədə bahalaşıb.