DÜNYA

22 May

Avrozona iqtisadiyyatında durğunluq

Finss.az - May ayı üçün ilkin PMI göstəriciləri Avrozona iqtisadiyyatında durğunluq əlamətlərinin artdığını göstərir.

ABŞ-ın tətbiq etdiyi tariflərə hazırlıq məqsədilə istehsal sektorunda müəyyən dəstək olsa da, xidmət sektorundakı zəifləmə ümumi iqtisadi yavaşlamaya səbəb olub.

Avrozona üzrə PMI indeksi aprel ayındakı 50,4 səviyyəsindən mayda 49,5-ə düşüb və iqtisadi artımın olmaması barədə siqnal verir. Xidmət sektorunun fəaliyyəti 16 ayın minimumuna enərək 48,9 səviyyəsinə çatıb. İstehsal sektorunda isə indeks 52,3-dən 51,5-ə azalsa da, ABŞ bazarına satışların artması qeyd olunub.

Enerji daşıyıcılarının qiymətlərinin ucuzlaşması səbəbindən həm istehsal, həm də xidmət sektorunda qiymət indeksləri aşağı düşüb. Capital Economics-in təhlilinə görə, bu göstəricilər Avropa Mərkəzi Bankının pul-kredit siyasətini yumşaltmasının vacibliyini göstərir. Ekspertlər iyun və iyul aylarında faiz dərəcələrinin azaldılacağını proqnozlaşdırırlar.