DÜNYA

14 Aprel

Dünyada mis istehsalı kəskin azalıb

Finss.az - 2025-ci ilin mart ayında dünyada misin əridilməsi fəaliyyəti son illərin ən aşağı səviyyəsinə düşüb.

Bu barədə Earth-i şirkətinin peyk izləmə xidməti SAVANT məlumat yayıb.

Şirkətin yaydığı hesabatda bildirilir ki, Çindəki bir sıra misəritmə zavodları texniki baxım işlərinə adi vaxtdan daha tez başlayıb. Nəticədə, mart ayında dünyada orta hesabla müəssisələrin 12,6%-i fəaliyyətsiz olub. Müqayisə üçün qeyd edək ki, bu rəqəm fevral ayında 8,8% təşkil edirdi.

Xüsusilə Çində fəaliyyətsiz zavodların payı 4,5% artaraq 9,6%-ə çatıb. Adətən aprelimay aylarında texniki baxım üçün fəaliyyətini dayandıran Çin zavodları, bu il istehsal gücünün artması və bazarda yaranmış mis konsentratı çatışmazlığı səbəbindən erkən dayanmağa məcbur olublar. Bu vəziyyət spot bazarda konsentratın emalı və təmizlənməsi üzrə tariflərə (TC/RCs) də mənfi təsir göstərərək onları mənfi zona ilə üz-üzə qoyub.

Çin xaricində də oxşar vəziyyət müşahidə olunub. Fəaliyyətsizlik indeksi burada da 3,4% artaraq 14,9%-ə çatıb. Bu, 2023-cü ilin may ayından bəri qeydə alınan ən kəskin artım olaraq qiymətləndirilir.

Earth-i şirkəti dünyadakı misəritmə müəssisələrinin 95%-ə qədərini real vaxt rejimində izləyərək məlumatları treyderlərə, investisiya menecerlərinə və mədən sənayesi iştirakçılarına təqdim edir.