DÜNYA

29 Yanvar

Qazaxıstan dəmir yolu ilə benzin və dizelin ixracını qadağan edib

Qazaxıstan hakimiyyəti dəmir yolu ilə üçüncü ölkələrə, o cümlədən Aİİ ölkələrinə benzin və dizel yanacağının ixracına müvəqqəti qadağa qoyub.

Fins.az xəbər verir ki, bununla bağlı daxili bazarda yanacaq qıtlığının qarşısının alınması məqsədilə Energetika Nazirliyi, Milli Təhlükəsizlik Komitəsi, Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əmr imzalayıb.

Yayımlanan sənədə əsasən, məhdudiyyət yanvarın 29-dan qüvvəyə minir və martın 29-dək qüvvədə olacaq. İstisnalar əvvəlcədən razılaşdırılmış çatdırılma, humanitar yardım və fövqəladə halların aradan qaldırılması üçün nəzərdə tutulub. Bundan əvvəl, 2024-cü ilin sentyabr ayının sonunda Qazaxıstan artıq martın sonuna qədər qüvvədə qalan altı aylıq qadağa qoyaraq, avtomobil nəqliyyatı ilə yanacağın ixracını (qaz çənlərindəki həcmlər istisna olmaqla) məhdudlaşdırmışdı.