DÜNYA

22 Yanvar

Böyük Britaniyada güclü “Eowyn” qasırğası gözlənilir

Bu həftə Böyük Britaniyada “Eowyn” qasırğası gözlənilir. 

Fins.az xəbər verir ki, cümə günü başlayacaq qasırğa səbəbindən bəzi bölgələrdə küləyin sürəti saatda 80 milə (təxminən 130 km/saata) qədər çata bilər.

Cümə günündən şənbə gününə qədər davam edəcək qasırğa aşağı təzyiq zonası səbəbindən yaranacaq və binaların zədələnməsi, elektrik kəsintiləri kimi problemlərə səbəb ola bilər. Qasırğa səyahətə də ciddi təsir göstərəcək. Belə ki, güclü külək avtomobil yolları, dəmir yolları, hava limanları və bərə xətlərinə təsir göstərə bilər.