Almaniyada könüllülərdən ibarət arxeoloji qrup Şleyzviq-Holştayn əyalətinin Qros Pampau (Böyük Pampau) icması yaxınlığında 11 milyon il əvvələ aid olduğu ehtimal edilən balina skeleti aşkarlayıb.
Fins.az xəbər verir ki, antiq Şimal dənizində yaşamış dişi balinaya aid qalıqların yaxşı vəziyyətdə qalması nadir tapıntı kimi onun əhəmiyyətini daha da artırır. Uzunluğu 3,5 metr olan skelet demək olar ki, bütöv halda aşkarlanıb.
Qros Pampaudakı çınqıllı ərazi təxminən 11 milyon il əvvəl Miosen dövrünə aid fosillərin aşkarlandığı nadir yerlərdən hesab olunur.