DÜNYA

22 Yanvar

JN.1 ştammı 147 ölkədə qeydə alınıb

2024-cü il noyabrın 11-dən dekabrın 8-dək dünyada 194 mindən çox COVID-19 infeksiyasına yoluxma və 2,6 min ölüm halı qeydə alınıb.

Fins.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Hesabat dövründə yoluxma hallarının sayı 194 029 nəfər, ölənlərin sayı isə 2641 nəfər olub.
Eyni zamanda, Qərbi Sakit Okean regionunda yoluxmaların 42%, ölümlərin isə 6% artması müşahidə olunub. Əksər digər regionlarda göstəricilərdə azalma müşahidə olunub. ÜST həmçinin təsdiqləyib ki, virusun ən çox yayılmış ştammı JN.1 olaraq qalır və bu, 147 ölkədə qeydə alınıb.