Bayden ABŞ-da TikTok-un bloklanması qərarını Tramp administrasiyasının ixtiyarına buraxmaq qərarına gəlib.
Fins.az xəbər verir ki, bu barədə Associated Press yazır.
Bu barədə agentlik amerikalı məmura istinadən yazır.
ABŞ Konqresi 2024-cü ilin aprelində milli təhlükəsizliyə mümkün təhlükəni əsas gətirərək TikTok-un bloklanmasına dair qanun layihəsini təsdiqləyib. Bayden həmin ay qanun layihəsini imzaladı.
Xidmətin sahibi ByteDance-ə TikTok-u Amerika sahibinə satmaq üçün 270 gün vaxt verilib. Bu müddət yanvarın 19-da, Donald Trampın andiçmə mərasimindən bir gün əvvəl başa çatır.
Onun milli təhlükəsizlik üzrə müşaviri Mike Walz yanvarın 16-da bildirib ki, TikTok-u bloklayan qanun, müqavilə bağlanana qədər xidmətin satılması üçün son müddətin uzadılmasına "icazə verir".