2024-cü ildə Aktau limanından və Sian limanındakı Qazaxıstan terminalından 300-dən çox konteyner qatarı keçib. Bu, 2023-cü il ilə müqayisədə 30 dəfə çoxdur.
Fins.az xəbər verir ki, bu cür artımın mühüm amili Sian Beynəlxalq quru limanında Qazaxıstan terminalının açılışı olub.
2024-cü ilin sonunda Qazaxıstan və Çin arasında dəmir yolu ilə yük daşımalarının ümumi həcmi 32 milyon tonu ötüb ki, bu da tarixi maksimumdur.
Qazaxıstan ərazisindən tranzit daşınmalar 19 faiz artaraq 15,3 milyon ton təşkil edib. Avropa istiqamətində konteyner tranziti isə 43 faiz artıb.