DÜNYA

10 Yanvar

Türkiyədə 4 bal gücündə zəlzələ qeydə alınıb

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin cənubunda yerləşən Hatay vilayətinin Yayladağı bölgəsində 4 bal gücündə zəlzələ qeydə alınıb.

Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Heyətinin (AFAD) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 07:08-də (Bakı vaxtı ilə 08:08) baş verib. Zəlzələnin ocağı 13,3 kilometr dərinlikdə yerləşib.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.