Hind okeanının mərkəzi hissəsində Dikeledi adlı yeni tropik siklon yaranıb və yanvarın 11-də Madaqaskar sahillərinə çata bilər.
Fins.az xəbər verir ki, bu barədə "TVM" kanalı Malaqas meteoroloji xidmətinin "Méteo Madaqascar"a istinadən məlumat yayıb.
Onun sözlərinə görə, təbii fəlakət əvvəlcə Reunion, Sen-Brandon, Tromelin, daha sonra isə Madaqaskar adalarını vura bilər. Ölkənin şimal-şərqində Sava, Sufia, Ambatusua, Analanzirufu şəhərlərini əhatə edən qasırğalı küləklər və güclü yağışlar gözlənilir. Məhz bu bölgə 2024-cü ilin martında Qamane siklonu zamanı güclü daşqınlarla üzləşdi. O zaman 20-yə yaxın insan həlak olub, mühüm infrastruktur obyektləri dağıdılıb.