DÜNYA

08 Yanvar

Şagirdlər üçün yeraltı məktəb tikilir

Fins.az - Təhlükəsiz oflayn təhsil layihəsi çərçivəsində Zaporojyedə şagirdləri yerləşdirmək üçün nəzərdə tutulmuş yeni yeraltı məktəb tikilir.

Bu barədə Ukraynanın xəbər agentliyi Ukrinform məlumat yayıb.

Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri İvan Fedorov, tikintinin əsas hissəsinin artıq başa çatdığını və məktəbin 7 metr dərinlikdə inşa edildiyini açıqlayıb. Məktəbin ümumi sahəsi 1300 kvadratmetr təşkil edir və eyni vaxtda 500 şagirdi, ya da iki növbədə 1000 şagirdi qəbul edə biləcək.

Xatırladaq ki, Ukraynada 2024-cü ildə 11 yeraltı məktəbin tikintisinə başlanılıb, onlardan ikisi artıq şagirdləri qəbul etməyə hazırdır.