Fins.az - Özbəkistan parlamentinin Qanunverici palatası elektron siqaretlərin satışı və istehsalını qadağan edən qanun layihəsini ilk oxunuşdan qəbul edib.
Qanun layihəsi ölkə ərazisində nikotin çatdıran elektron sistemlərin, o cümlədən elektron siqaretlərin və onlara aid mayelərin dövriyyəsini (istehsalı, hazırlanması, saxlanılması, daşınması, idxalı və ixracı) qadağan edir.
Qadağanın tətbiqi ilə Özbəkistan bu məhsulların satışını və istehsalını tamamilə dayandırmağı hədəfləyir.