DÜNYA

07 Yanvar

İranın cənubunda zəlzələ olub

İranın cənubunda 5,3 maqnitudalı zəlzələ olub.

Fins.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata görə, yeraltı təkanların episentri əhalisi təqribən 1,25 milyon olan Şiraz şəhərindən 139 km cənubda olub. Zəlzələnin ocağı 19 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.