DÜNYA

26 Mart

Türkiyənin Ambarlı limanı 278 min ton tranzit yük aşırıb

2025-ci ilin yanvar ayında Türkiyənin Ambarlı limanı 1 milyon 529 min 302 ton yük qəbul edib.

Finss.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında 247 min 800 ton yük, digər ölkələrin bayraqları altında isə 1 milyon 281 min 502 ton yük daşınıb.

2025-ci ilin yanvar ayında Ambarlı limanından 278 min 88 tranzit yük aşırılıb.

Qeyd edək ki, 2025-ci ilin fevral ayında Türkiyə limanları 30 milyon 855 min 73 ton yük qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 360 min 170 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması isə 28 milyon 494 min 852 ton olub.

Məlumatda bildirilib ki, 2025-ci ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 17 min 716 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin fevral ayında Türkiyə limanları 3 min 878 gəmi qəbul edib. Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 1 min 232, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 646 olub.

2024-cü ilin fevral ayında Türkiyə limanları 4 min 352 gəmi qəbul edib. Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 2 min 953, Türkiyə bayrağı altında olan gəmilər isə 1 min 399 olub.