DÜNYA

28 Dekabr

ABŞ-ın ticarət saldosunun kəsiri artıb

Fins.az - ABŞ-ın Ticarət Saldosunun kəsiri oktyabr ayı ilə müqayisədə noyabr ayında 98.26 milyard dollardan 102.86 milyard dollara qədər artıb.

Analitiklər göstəricinin 101.3 milyard dollar səviyyəsinə qədər artacağını proqnozlaşdırmışdılar. İdxal 4.5% artıb ki, bu da əsasən əsas istehsal vasitələrinin (+4.3%), istehlak mallarının (+1.1%), sənaye materiallarının (+6.9%) və motorlu nəqliyyat vasitələrinin (+3.2%) artması hesabına baş verib.

İxrac isə əsasən sənaye materiallarının (+7.6%), əsas istehsal vasitələrinin (+5.4%) və istehlak mallarının (+7.7%) artması hesabına 4.4% artıb.