DÜNYA

20 Mart

Belarus bu gündən elektron vizanın tətbiqinə başladı

Finss.az - Belarus bu gündən etibarən xarici vətəndaşlar üçün elektron viza tətbiq etməyə başladı.

Bu barədə Belarusun Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yeni tətbiq ilə, 67 ölkənin, o cümlədən ABŞ, Kanada, Avropa İttifaqı ölkələri, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Böyük Britaniya və digər ölkələrin vətəndaşları Belarusda elektron viza ilə səfər edə biləcəklər.

Elektron vizalar yalnız bir dəfə girişə imkan verir və 30 gündən artıq olmamaqla veriləcək. Səfərin məqsədinə görə aşağıdakı kateqoriyalar üzrə vizalar təqdim ediləcək: işgüzar səfər, idman, mədəniyyət, elmi və təhsil tədbirlərində iştirak, şəxsi işlər və turizm.

Bu vizalar avtomatik şəkildə veriləcək və xarici nümayəndəliklərə müraciət etmək, sənəd təqdim etmək tələb olunmayacaq. Elektron viza üçün konsulluq rüsumu pasport viza rüsumu ilə eynidir, əlavə olaraq 6 avro xidmət haqqı da ödəniləcək.

Xarici İşlər Nazirliyi, daha əvvəl tətbiq edilən vizasız rejimlərin də qüvvədə qalacağını açıqlayıb.