DÜNYA

18 Mart

Rumıniya: Türkmənistan Avropanın yeni qaz tədarükçüsü ola bilər

Finss.az - Türkmənistan Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsində mühüm qaz tədarükçüsü kimi çıxış edə bilər.

Bu barədə Rumıniya Energetika Nazirliyinin dövlət katibi Pavel-Kasian Nițulesku bildirib.

Onun sözlərinə görə, Balkan və Cənub-Şərqi Avropa ölkələrinin yeni qaz tədarükçülərinə ehtiyacı var və Rumıniya bu prosesə dəstək verməyə hazırdır. Türkmənistanın zəngin qaz ehtiyatlarına malik olduğunu vurğulayan Nițulesku, uyğun nəqliyyat həllərinin tapılmasının vacibliyini qeyd edib.

Rumıniya Türkmənistanın enerji bazarını qlobal bazara inteqrasiya etmək istəyini dəstəkləyir və alternativ nəqliyyat marşrutlarının inkişafını vacib hesab edir. Dövlət katibi əlavə edib ki, iki ölkə arasında enerji əməkdaşlığının inkişafı üçün geniş potensial mövcuddur və birbaşa dialoq yeni imkanlar aça bilər.