DÜNYA

17 Mart

Tokio 1 mld. avro sərmayə yatırır

Finss.az - Yaponiya hökuməti Fransada nadir torpaq metalları hasilatı layihəsinə təxminən 1 milyard avro investisiya qoymağı planlaşdırır.

Layihə çərçivəsində nadir torpaq metalları hasilatı ilə məşğul olacaq birgə şirkətin yaradılması nəzərdə tutulur. Yeni holdinqdə Fransanın Carester şirkəti, Yaponiyanın JOGMEC və qaz şirkəti Iwatani Sangyo iştirak edəcək. Layihənin reallaşdırılması iki il ərzində gözlənilir.

Bu investisiya Yaponiya üçün strateji əhəmiyyət kəsb edir, çünki nadir torpaq metalları yüksək texnologiyalar və sənaye sektorunda mühüm rol oynayır.

ABŞ da nadir torpaq metalları hasilatını genişləndirmək niyyətindədir

Eyni zamanda, martın 8-də The Financial Times nəşri ABŞ-ın Demokratik Konqo Respublikası (DKR) ilə nadir torpaq metalları hasilatına dair mümkün sazişi müzakirə etdiyini bildirib. Məlumata görə, Vaşinqton bu istiqamətdə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Nadir torpaq metalları müasir sənayenin vacib tərkib hissəsidir və onların hasilatı üzrə aparılan bu addımlar qlobal bazarda yeni güc balansının formalaşmasına təsir göstərə bilər.