Türkiyənin 2025-ci ilin fevral ayında Özbəkistana ixrac etdiyi elektrik məhsulları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 63 faiz artaraq 10 milyon 180 min 20 dollara çatıb.
Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar-fevral aylarında Türkiyədən Özbəkistana elektrik məhsulları ixracı 27,1 faiz artaraq 18 milyon 301 min 65 dollara bərabər olub.
Lakin 2025-ci ilin yanvar-fevral aylarında ümumilikdə Türkiyənin dünya bazarlarına elektrik ixracı 3,7 faiz azalaraq 31 milyon 391 min 24 dollara düşüb. Fevral ayında isə elektrik ixracı 1 milyon 296 min 350 dollar olub ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 0,8 faiz çoxdur.
Son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə ümumilikdə 16 milyon dollar məbləğində elektrik ixrac edib.