2025-ci ilin fevral ayında Türkiyənin Qazaxıstana ixrac etdiyi hazır geyim məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 75,5 faiz artaraq 84 milyon 666 min 67 dollara çatıb.
Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar-fevral aylarında Türkiyədən Qazaxıstana ixrac edilən hazır geyim məhsulları 68,5 faiz artaraq 47 milyon 517 min 52 dollara bərabər olub. Bu artım Türkiyənin Qazaxıstana olan hazır geyim ixracatını daha da gücləndirib.
Lakin 2025-ci ilin yanvar-fevral aylarında ümumilikdə Türkiyənin dünya bazarlarına ixracı 5 faiz azalıb və bu dövr ərzində ixracatın həcmi 2 milyon 770 min 450 dollara düşüb. Fevral ayında isə hazır geyim ixracı 1 milyon 358 min 571 dollar olub, bu da keçən ilin fevral ayı ilə müqayisədə 9,3 faiz azalma göstərir.
Son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə ümumilikdə 17 milyon dollar məbləğində hazır geyim ixrac edib.
Fuad Mədətov
Finss.az