Finss.az - Türkiyə istehsalçılarının məhsul ixracı 2024-cü ilin sonuna qədər, Ticarət Nazirliyinin müəyyən etdiyi 97 ixrac bəndinin 59-u üzrə artıb.
Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına görə, 2024-cü ildə ölkənin ümumi ixrac həcmi 2,4 faiz artaraq 261 milyard 855 milyon dollara çatıb. Bu, 2023-cü ilin 255 milyard 627 milyon dollarlıq ixrac göstəricisindən yüksəkdir.
Türkiyənin 54 ixrac kateqoriyasının hər birinin dəyəri 1 milyard dolları keçib. Ayrıca, İT və innovasiya sektoru 2024-cü ildə 4,9 milyard dollar dəyərində ixrac edib ki, bu göstərici 2023-cü ildən iki dəfə çoxdur.
Zemfira Ms
Finss.az