DÜNYA

10 Mart

Qlobal ərzaq qiymətləri 1,6% artıb

Finss.az - BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, fevral ayında qlobal ərzaq qiymətləri yanvar ayı ilə müqayisədə 1,6% artaraq 127,1 bəndə çatıb.

Artım əsasən şəkər, bitki yağları və süd məhsullarının bahalaşması ilə bağlıdır. Ötən ilin fevralı ilə müqayisədə isə ərzaq qiymətləri 8,2% yüksəlib.

Buğda və qarğıdalı qiymətləri aylıq 0,7% artıb, illik müqayisədə isə 1,1% azalıb. Düyü isə 6,8% ucuzlaşıb. Palma, soya və günəbaxan yağlarının qiymətləri 2% artıb, illik bahalaşma isə 29,1% təşkil edib.

Zemfira Ms
Finss.az