Finss.az - Fevral ayında “Transneft” PSC magistral neft kəməri ilə Almaniyaya 100 min ton Qazaxıstan nefti nəql olunub.
“KazTransOil” şirkətinin verdiyi məlumata görə, ilin əvvəlindən bu ölkəyə 200 min ton neft tədarük edilib. Mart ayında isə daha 100 min ton neftin nəqli planlaşdırılır.
Ümumilikdə, 2024-cü il ərzində “Transneft” sistemi ilə 1,2 milyon ton neft göndərilməsi nəzərdə tutulub.
Zemfira Ms
Finss.az