DÜNYA

12 Dekabr

Zukerberq Trampın andiçmə mərasimində 1 milyon dollar xərcləyəcək

“Meta”nın baş icraçı direktoru (CEO), “Facebook”, “Instagram” və “WhatsApp” sosial media platformalarının sahibi Mark Zukerberq ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın andiçmə mərasimində istifadə olunmaq üçün ayrılan fonda 1 milyon dollar bağışlayıb.

Fins.az, Wall Street Journal (WSJ) qəzetinin məlumatına istinadən xəbər verir ki, "Meta" şirkətinin mətbuat katibi Endi Stoun məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada Zukerberqin ABŞ-ın seçilmiş prezidenti vəzifəsinə başlayacaq Trampın andiçmə mərasiminin xərcləri üçün istifadə olunacaq fonda 1 milyon dollar bağışladığı qeyd edilib. Şirkətdən ianənin səbəbi ilə bağlı açıqlama verilməsə də, ikili Trampın Floridadakı Mar-a-Laqo malikanəsində təşkil edilən şam yeməyində bir araya gəldikdən sonra edilən ianə “Zuckerberg-in müsbət inkişaf yolunda atdığı addım” olaraq qiymətləndirilib.

Qeyd edək ki, Donald Tramp və Zukerberq noyabr ayında Trampın malikanəsində keçirilən şam yeməyində görüşmüşdülər.

Trampın Ağ Evin siyasətdən məsul müavini olacağını açıqladığı Stiven Miller görüşlə bağlı açıqlamasında Zukerberqin Trampın iqtisadi planlarını dəstəkləmək istədiyini və aralarındakı “problemli” münasibətləri düzəltməyə çalışdığını bildirib.