Finss.az - Yapon Dəmir və Polad Federasiyasının (JISF) məlumatına görə, 2025-ci ilin yanvar ayında Yaponiyada polad istehsalı təxminən 6,8 milyon ton təşkil edib.
Bu rəqəm əvvəlki ayla müqayisədə 1,7%, ötən ilin yanvar ayı ilə müqayisədə isə 6,6% azalma göstərir.
Yanvar ayında Yaponiyada çuqun istehsalı da azalıb. Çuqun istehsalı 5,1 milyon ton olub, bu da aylıq müqayisədə 2%, illik müqayisədə isə 5% azalma deməkdir.
Ümumilikdə, 2024-cü ildə Yaponiyada polad istehsalı təxminən 84 milyon ton olub ki, bu da əvvəlki illə müqayisədə 3,4% azalma təşkil edir. Bu, ardıcıl üçüncü ildir ki, Yaponiyada polad istehsalı azalır.
Ekspertlər bu azalmaların sənaye istehsalı və daxili tələbin zəifləməsi ilə əlaqədar olduğunu qeyd edirlər.