DÜNYA

25 Fevral

Avrozonada inflyasiya 2.5%-ə qədər yüksəlib

Finss.az - Avropa İttifaqının Statistika İdarəsi “Eurostat”-ın təqdim etdiyi məlumatlara əsasən, yanvar ayında Avrozonada istehlak qiymətləri illik ifadədə 2.5% artıb.

Dərc olunan göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb. Qeyd etmək lazımdır ki, dekabr ayında göstərici 2.4% təşkil edib. 

Aylıq ifadədə İstehlak Qiymətləri İndeksi (CPI) yanvar ayında 0.3% zəifləyib və illik göstərici kimi, ekspertlərin proqnozlarını təkrarlayıb. 

Yanvarda ərzaq və enerji xərcləri nəzərə alınmadan hesablanan istehlak qiymətlərinin artım tempi (CPI Core) əvvəlki ay ilə müqayisədə illik ifadədə 2.7% təşkil edib, aylıq ifadədə isə göstərici 0.9% azalıb.