DÜNYA

28 Noyabr

Finlandiyanın xarici ticarət dövriyyəsi 5,4% azalıb

Fins.az - 2024-cü ilin ilk səkkiz ayında Finlandiyanın xarici ticarət dövriyyəsi 96 milyard avro ilə üçillik minimuma enib.

Bu dövr ərzində xarici ticarət həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,4% azalıb, nəticədə ümumi ticarət həcmi 95,9 milyard avroya çatıb.

Finlandiyanın idxalı 48,9 milyard avro, ixracı isə 47,1 milyard avro təşkil edib. Ən böyük ticarət artımı İsveçrə, Ekvador və Səudiyyə Ərəbistanı ilə qeydə alınıb. Müvafiq olaraq, ticarət dövriyyəsi İsveçrə ilə 112 milyon avro, Ekvador ilə 78 milyon avro və Səudiyyə Ərəbistanı ilə 75 milyon avro artıb.

Lakin Finlandiyanın ticarəti ən çox Estoniya, Almaniya və Rusiya ilə azalıb. Estoniya ilə ticarət 649 milyon avro, Almaniya ilə 404 milyon avro, Rusiya ilə isə 381 milyon avro azalıb.