Fins.az - Ticarət naziri Ömər Bolat Türkiyənin milli gəlirə görə qlobal arenada 17-ci, alıcılıq qabiliyyəti paritetinə görə isə 11-ci yerdə olduğunu və dünya mal ixracatında payını 1,08 faizə yüksəltdiyini bildirib.
İş dünyasının əhəmiyyətli hadisələri arasında yer alan və 1 milyard dollarlıq iş həcmini hədəfləyən "Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) EXPO 2024 Beynəlxalq Ticarət Sərgisi" İstanbul Tüyap Sərgi və Konqres Mərkəzində başlayıb.
Nazir Bolat Türkiyənin 605 milyard dollarlıq mal, 170 milyard dollarlıq xidmət ticarəti həyata keçirdiyini, 1,2 trilyon dollarlıq gəlirlə qlobal arenada çox əhəmiyyətli bir ölkəyə çevrildiyini bildirib.
Ö.Bolat Türkiyənin milli gəlir baxımından dünya miqyasında 17-ci, alıcılıq qabiliyyəti paritetinə görə isə 11-ci yerdə olduğunu deyib.
"22 ildə dünya mallarının ixracında payını 0,49 faizdən 1,08 faizə, xidmətlər ixracında isə 0,89 faizdən 1,35 faizə yüksəldib. Bunlar sevindirici və qürurverici hadisələr və nailiyyətlərdir. Bəs kifayətdirmi? Xeyr. Uzun yolumuz var, bunu sizinlə, iş dünyasının dəyərli üzvləri ilə birlikdə edəcəyik".
Bolat qeyd edib ki, Türkiyə 22 ildə İslam ölkələri ilə ticarətdəki payını 11 faizdən 26 faizə yüksəldib.