DÜNYA

26 Noyabr

Dollar Yuana qarşı

Çin Xalq Bankı (PBOC), dolların sürətli dəyişməsi və analitiklərin mərkəzi bankın geri addım atacağı barədə artan proqnozlarına baxmayaraq, yuanın dollar qarşısında sabitliyini qorumağa çalışır.

Fins.az xəbər verir ki, Trumpın yeni tarif təhdidi sonrası, PBOC yuanın paritetini son həftədə ən yüksək səviyyədə sabitləşdirib. Trampın tarif qərarları və Çin mərkəzi bankının valyuta nəzarəti, investorları əvvəlki çəkişmələrə geri qaytarıb.

Lakin bu dəfə bahislər daha yüksəkdir, çünki Çin valyutasını qorumaqla yanaşı, iqtisadi artımı da dəstəkləməlidir.

Macquarie Group-un ekspertləri, Çin Bankının yuanı dollar qarşısında sabit saxlayacağını, lakin daha yüksək tariflərə cavab olaraq daxili təşviqlərin artırılacağını qeyd edirlər.

Bəzi investorlar, PBOC-nin yuanı dollar qarşısında 7,2 səviyyəsindən güclü bağlamaq qərarının uzun sürməyəcəyini düşünürlər. Yuanın məzənnəsinin 7.35 səviyyəsinə yüksəlməsi ehtimalı da mövcuddur.
 

Zemfira Ms
Fins.az