DÜNYA

26 Noyabr

Trump Çinlə iqtisadi sahədə münasibətləri gərginləşdirir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Çinə qarşı 10 faiz əlavə gömrük rüsumu ilə hədələməsindən sonra Pekin, bu iddialara ilk dəfə rəsmi cavab verib.

Fins.az xəbər verir ki, Trampın Çin üzərinə qoyduğu yeni rüsumu, həmçinin Çini sintetik narkotik fentanil ticarətində ittihamı, Çin tərəfindən rədd edilib. Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Pengyu, iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrinin qarşılıqlı faydaya əsaslandığını vurğuladı və hər iki tərəfin bu müharibədə qalib gəlməyəcəyini bildirib.

Liu, ABŞ ilə narkotik ticarəti ilə mübarizədə konkret addımlar atıldığını xatırladaraq, Baydenlə bağlanmış razılaşmanı xatırladıb və Çin hökumətinin fentanil ticarətinin qarşısını almaqda qətiyyətlə irəlilədiyini bildirib. Lakin ABŞ-da fentanil ilə bağlı ölüm halları artıb və ölkə, Çindən daha sərt hüquqi tədbirlər tələb edir.

Çin, ötən ilin iyun ayında fentanil istehsalında istifadə edilən kimyəvi maddələrə nəzarətin artırılacağını və bu istiqamətdə daha ciddi mübarizə tədbirlərinin görüləcəyini açıqlayıb. Bu tədbirlər, Pekin və Vaşinqton arasında narkotiklərlə mübarizədə birgə araşdırma işləri çərçivəsində həyata keçiriləcək.

Çinin ABŞ-a qarşı tarif təhdidinə necə cavab verəcəyi hələ də qeyri-müəyyəndir. Həmçinin, bu tariflərin tətbiqinin iki ölkə arasında ticarət əlaqələrinə uzunmüddətli təsirləri də hələ də aydın deyil.

Zemfira Ms
Fins.az