DÜNYA

25 Noyabr

Moldova iqtisadiyyatına zərbə

Fins.az - Keçmiş Moldova Baş Naziri Vlad Filat ölkənin hazırkı prezidenti Maya Sandunu enerji resurslarının qiymət artımına görə məsuliyyət daşımaqda ittiham edib.

Filat bildirib ki, bu artım Moldova iqtisadiyyatına ciddi zərbə vurub və əhalinin sosial vəziyyətinə mənfi təsir göstərib.

Filatın sözlərinə görə, "Qazprom"la imzalanmış qaz tədarükü müqaviləsi prezident Maya Sandunun şərtləri əsasında razılaşdırılmış və əvvəlcə "uğurlu diplomatik nailiyyət" kimi təqdim edilmişdi. Lakin son nəticədə bu müqavilə ölkə iqtisadiyyatında böhranlı vəziyyətin yaranmasına səbəb olub.

Siyasətçi həmçinin vurğulayıb ki, prezident şəxsən Rusiya nümayəndələri ilə danışıqlar aparıb, amma nəticələrə görə məsuliyyəti üzərinə götürməkdən yayınıb. Filat iddia edir ki, ictimai diqqət texniki danışıqları aparan baş nazir müavini Andrey Spınuya yönəldilib. Spıunu isə media tərəfindən qeyri-şəffaf razılaşmalarda ittiham olunur.

"Belə səviyyəli qərarlar prezident administrasiyasının razılığı olmadan qəbul edilə bilməz. Buna görə də Maya Sandu yaranmış vəziyyətin əsas günahkarıdır," – deyə Filat əlavə edib.

Moldova hökuməti və prezident administrasiyası hələlik Filatın açıqlamaları ilə bağlı rəsmi mövqe bildirməyib.