Braziliya Prezidenti Luis İnasiu Lula da Silva BRİKS ölkələrinin yeni bir maliyyə sistemi yaratmaq üçün addımlar atmasının zəruriliyini vurğuladı. Çərşənbə günü etdiyi çıxışında Lula BRİKS-in üzvləri arasında daha effektiv ödəniş sistemlərinin yaradılmasının vaxtının çatdığını qeyd etdi və bu təşəbbüsün Bretton-Vuds sisteminin uğursuz institutlarına alternativ olaraq nəzərdə tutulduğunu bildirdi.
Fins.az Prezident Lulanın fikrinə, əsassən xəbər veriri ki, BRİKS-ə üzv ölkələr öz valyutalarını dəyişdirmək niyyətində olmasa da, dünya maliyyə sistemində çoxqütblü düzənin əks olunmasına nail olmalıdırlar. Onun sözlərinə görə, qrupun maliyyə sahəsində yeni yanaşmalar inkişaf etdirməsi beynəlxalq ticarət əlaqələrinin daha balanslı şəkildə qurulmasına şərait yaradacaq.
Lula bu bəyanatı BRİKS sammitində videobağlantı vasitəsilə çıxış edərkən səsləndirib. O, həftəsonu başından aldığı zədə səbəbindən Kazan şəhərinə planlaşdırılan səfərini ləğv etmək məcburiyyətində qaldığı üçün toplantıya şəxsən qatıla bilməyib.
Braziliya Prezidenti vurğulayıb ki, bu mövzunun müzakirəsi ciddi, ehtiyatla və texniki baxımdan düzgün şəkildə aparılmalıdır və daha çox gecikdirilməməlidir. Onun fikrincə, BRİKS-in təşəbbüsləri inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş dünyaya olan asılılığını azaltmağa yönəlib və bu, qlobal iqtisadi artım üçün böyük əhəmiyyət daşıyır.