DÜNYA

22 Oktyabr

Volker Türk:''Dünyada 735 milyon insan aclıqdan əziyyət çəkir''

Dünyada 735 milyon insan aclıqdan əziyyət çəkir, milyonlarla insan isə aclıq astanasındadır.

Fins.az xəbər verir ki, rəsmi ''X'' internet səhifəsində paylaşım edən Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk dünyada kifayət qədər qida olduğunu, ancaq israf edildiyini bildirib.

“Dünyada 735 milyon insan aclıqdan əziyyət çəkir və daha milyonlarla insan aclıq astanasındadır”ifadələrini işlədən Volker Türk qeyd edib ki, qida hüququnun bərqərar olması üçün qidanın mövcudluğu, əlçatanlığı, adekvatlığı və davamlılığını ön planda tutan sistemə keçmək lazımdır.