DÜNYA

21 Oktyabr

Çexiyanın dövlət borcu maksimum səviyyəyə çatıb

2024-cü ilin ilk üç rübündə Çexiyanın dövlət borcu 223,1 milyard kron artaraq, 3,334 trilyon kron (təxminən 143,4 milyard dollar) ilə rekord səviyyəyə yüksəlib.

Fins.az xəbər verir ki, bu artım, dövlətin keçən ilki büdcə kəsirini qarşılamaq və müddəti bitmiş obligasiyaları yenidən maliyyələşdirmək üçün yeni dövlət obligasiyaları buraxması ilə əlaqələndirilir.

Hər bir sakinə düşən borc 306,460 kron (təxminən 13,1 min dollar) təşkil edir. Eyni zamanda, dövlət borcunun ÜDM-ə nisbəti 42,3%-ə yüksəlmişdir. İqtisadçılar, borc yükünün artmasının ölkənin makroiqtisadi sabitliyinə təsir edə biləcəyindən narahatdırlar.

Bu vəziyyət, Çexiya iqtisadiyyatı üçün yeni çağırışlar yarada bilər və hökumətin maliyyə siyasətini yenidən nəzərdən keçirməsini tələb edir.