DÜNYA

20 Oktyabr

Özbəkistanın yeni iqtisadi proqnozu 200 mld. dollardı

Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi, 2030-cu ilə qədər ölkənin ÜDM-nin 200 milyard dollar səviyyəsinə çatacağını proqnozlaşdırır.

Fins.az xəbər verir ki, bu, əvvəlki 160 milyard dollar proqnozunu əhəmiyyətli dərəcədə üstələyir. Nazirliyin birinci müavini İlham Norkulov, inflyasiyanın 2027-ci ildən 5%-ə endirilməsi hədəfini vurğulayıb.

2025-ci il "saxlama və sabitlik ili" elan edilib və büdcə kəsirinin 3%-dən aşağı salınması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Gözlənilir ki, dövlət büdcəsinin 52%-i sosial ehtiyaclara yönələcək, kasıblığın azaldılması üçün 46 trilyon som ayrılması planlaşdırılır.

Nazir müavini, adam başına düşən ÜDM-nin 5000 dollar olacağını və 2030-cu il üçün ölkənin suveren kredit reytinqinin artırılacağını qeyd edib. Bu proqnozlar, Özbəkistanın iqtisadiyyatının keyfiyyət və kəmiyyət baxımından inkişafını nümayiş etdirir.