DÜNYA

20 Oktyabr

BRİCS ölkələrinin qızıl ehtiyatları

BRİCS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) dünya qızıl ehtiyatlarının 20%-dən çoxuna sahibdir.

Fins.az xəbər verir ki, Rusiya və Çin, müvafiq olaraq, 2340 ton və 2260 ton qızıl ehtiyatı ilə bu qrupda liderdir. Rusiya, dünya qızıl ehtiyatlarının 8,1%-ini və BRİCS ölkələrinin ehtiyatlarının 37,6%-ini təşkil edir.

Digər iştirakçı ölkələrin, o cümlədən Hindistan, Səudiyyə Ərəbistanı, Braziliya, Misir, Cənubi Afrika Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin ehtiyatları dünya üzrə 3%-dən azdır.

Dünya qızıl ehtiyatlarına görə ABŞ 8100 tonla birinci yerdədir, Almaniya 3350 ton, İtaliya 2450 ton, Fransa isə 2440 tonla onu izləyir.