DÜNYA

20 Oktyabr

İlon Maskın ABŞ-ın muflisliyi haqqında xəbərdarlığı

Tesla-nın rəhbəri İlon Mask, ABŞ-ın maliyyə durumu ilə bağlı ciddi narahatlıqlarını ifadə edib.

Fins.az xəbər verir ki, O, dövlət xərclərinin artmasının ölkəni müflisliklə üz-üzə qoya biləcəyini vurğulayıb. Mask, sosial şəbəkədə qeyd edib ki, son üç həftədə dövlət borcuna 500 milyard dollar əlavə olunub və "hökumət nəzarətdən çıxıb".

Pensilvaniya ştatında Trampa dəstək verərkən, inflyasiyanın “dəlilik” səviyyəsindəki xərclər nəticəsində artma riski ilə bağlı xəbərdarlıq edib. Mask, dövlət xərclərini köklü şəkildə azaltmağın zəruriliyini qeyd edərək, ABŞ-ın borc yükünün hər 100 gündə 1 trilyon dollar artırılacağı proqnozlarını da gündəmə gətirib.

Bu vəziyyət, ölkənin iqtisadi sabitliyini təhdid edir və Muskın fikirləri, ABŞ-ın maliyyə gələcəyi üçün ciddi tədbirlərin görülməsinin vacibliyini önə çıxarır.