DÜNYA

08 Oktyabr

Çin qızıl alışını dayandırıb

Çin Xalq Bankı sentyabr ayında ölkənin qızıl ehtiyatlarını artırmaqdan beşinci dəfə imtina edib.

Fins.az xəbər verir ki, bunun əsas səbəbi qızılın qiymətlərindəki kəskin artım olub. Son məlumatlara görə, Çin qızıl ehtiyatlarının dəyəri avqust ayındakı 182,98 milyard dollardan 191,47 milyard dollara yüksəlsə də, fiziki həcmi 72,8 milyon trroy unsiya səviyyəsində qalıb.

Bu il qızıl qiymətləri təxminən 28% artaraq son 14 il ərzində maksimum illik artımı nümayiş etdirib. Bu artımın başlıca səbəbləri ABŞ-ın Mərkəzi Bankı tərəfindən faizlərin endirilməsi, geosiyasi gərginlik və mərkəzi banklar tərəfindən yüksək tələbatdır.

Hesablamalara görə, 2024-cü ildə qlobal tənzimləyicilər, 2022-2023-cü illərdəki aktiv alım prosesindən sonra, alımlarını yavaşladacaqlar, lakin bu hələ də COVID-dən əvvəlki səviyyədən yüksək olacaq. Neteş Şah, WisdomTre strateqi, bildirir ki, Çin Xalq Bankı yeni alışlarda dayanağı davam etdirir və daha cazibədar qiymət gözləyir.