2024-cü ilin avqust ayında Rusiya ilk dəfə olaraq Çindən iri həcmdə brilyant partiyası idxal edib.
Fins.az xəbər verir ki, bu, Rusiyanı Çin brilyantlarının əsas alıcılarından birinə çevirib. Məlumatlara görə, Rusiya bu idxalla alıcılar arasında ikinci yeri tutub, birinci yer isə 41,7 milyon dollar tədarük həcmilə Honkonqa məxsusdur. Üçüncü yeri isə 8,2 milyon dollarlıq idxalla Belçika tutub.
Bundan əlavə, Hindistan 2024-cü ilin ilk altı ayında Rusiyadan 4,1 milyon karat almaz idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% artım deməkdir.
Bu ticarət əlaqələri qlobal brilyant bazarının dinamikasını yenidən formalaşdırır.