DÜNYA

23 Sentyabr

Özbəkistanda payız-qış mövsümünə hazırlıq: 732,6 mld. som ayrılacaq

Təşkənd 2024/2025 payız-qış mövsümünə hazırlıq üçün 732,6 milyard som ayıracaq.

Şəhər Hokimi Şavkat Umurzakovun imzaladığı sərəncama əsasən, vəsaitlər çoxmənzilli binaların, istilik, içməli su, elektrik və qaz təchizatı şəbəkələrinin əsaslı təmirinə sərf ediləcək.

Fins.az xəbər verir ki, maliyyə vəsaitinin 2 milyard 793 milyon somu respublika büdcəsindən, qalan 729 milyard 830 milyon som isə sponsorlardan və digər mənbələrdən ayrılacaq. Ehtiyac duyulan əsaslı və cari təmir işlərinə 58 milyard 930 milyon som sərf olunacaq.

Əlavə olaraq, sosial sahə obyektlərinə 2 milyard 793 milyon som, istilik təminatına 623 milyard 848 milyon som, içməli su obyektlərinə 27 milyard 208 milyon som, elektrik şəbəkələrinə 2 milyard 996 milyon som və qaz təchizatına 16 milyard 846 milyon som ayrılacaq.

Bu vəsaitlərlə 2 888 çoxmənzilli bina, 634 istilik məntəqəsi, 2399 km içməli su şəbəkəsi, 2297 km elektrik şəbəkəsi və 16,9 km qaz kəməri bərpa ediləcək. Təşkənddə həmçinin vətəndaş müraciətlərinin həlli üçün mütəxəssis qrup yaradılıb.