DÜNYA

23 Sentyabr

Çinin ixrac rəqəmlərində kəskin geriləmə

Çin Dövlət Statistika İdarəsinin məlumatlarına görə, 2024-cü ilin avqust ayında ölkənin iqtisadi artım tempi gözləniləndən aşağı olub. Sənaye istehsalının artımı 4,7% proqnozlaşdırıldığı halda, faktiki göstərici 4,5% təşkil edib. Xüsusilə qara metallurgiya və aqrar-sənaye sektorlarında ciddi yavaşlama qeydə alınıb.

Fins.az xəbər verir ki, bununla yanaşı, Çin ixracında da azalma müşahidə olunur. 2023-cü ildə ixrac həcmi 4,6% azalaraq, 2024-cü ilin mayına qədər bu göstərici illik 7,6%-ə çatıb. Bu tendensiya, dünya iqtisadiyyatına təsir edən qlobal ticarət dəyişiklikləri ilə bağlıdır.

Mütəxəssislər, Çin iqtisadiyyatında uzunmüddətli tənəzzül risklərinə diqqət çəkərək, hökumətin yeni stimullaşdırıcı tədbirlər görməsinin vacib olduğunu vurğulayırlar.