DÜNYA

20 Sentyabr

FED-in qərarı: Seçkilərdə ədalətsiz siyasi oyunlar

ABŞ-ın Federal Ehtiyat Departamenti (FED) ilk dəfə 2020-ci ildən sonra əsas faiz dərəcəsini 50 baza xal azaldıb. Yeni dərəcə 5,25-5,5% -dən 4,75-5% -ə endirilib.

Fins.az xəbər verir ki, bu qərar, prezident seçkilərinə yaxın bir vaxtda baş verməsi səbəbindən mübahisələrə səbəb olub. Keçmiş prezident Donald Tramp, bu addımın siyasi motivli olduğunu irəl sürüb.

Faiz dərəcələrinin endirilməsi, kreditlərin daha ucuz olmasını təmin edərək istehlakçılara və müəssisələrə müsbət təsir edə bilər. Lakin, bu dəyişikliklərin seçici davranışlarına təsiri və iqtisadiyyata olan uzunmüddətli təsirləri hələ də qeyri-müəyyəndir.

Eyni zamanda, FED-in gələcək iclaslarında faiz dərəcələrinin daha da endiriləcəyi barədə proqnozlar mövcuddur. Bu, iqtisadiyyatın dəstəklənməsi məqsədini güdür.