Almaniya, əhali sərvətinin səviyyəsinə görə ən zəngin ölkələr siyahısında 19-cu yerdən 21-ci yerə düşərək ilk 20-likdən kənarlaşdırıldı. Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən tərtib olunan bu reytinq, alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla adambaşına düşən ÜDM göstəricilərinə əsaslanır.
Fins.az xəbər verir ki, Almaniyada enerji daşıyıcılarının yüksək qiymətləri, inflyasiya və qaçqın axınları kimi bir sıra ciddi problemlər iqtisadiyyata təzyiq göstərir. Nəşrlərə görə, bahalı elektrik enerjisi səbəbindən müxtəlif sektorlarda, xüsusən ağır sənaye və ictimai iaşə müəssisələri bağlanma və ya xaricə köçmə qərarı ilə üz-üzə qalıb.