DÜNYA

16 Sentyabr

Çin iqtisadiyyatında avqust ayının göstəriciləri narahatlıq yaradıb

Çin iqtisadiyyatı avqust ayında gözləniləndən daha zəif nəticələr göstərib.

Fins.az xəbər verir ki, sənaye istehsalı illik ifadədə 4,5 faiz artıb, bu da iyul ayındakı 5,1 faiz artımdan aşağıdır. Əsas kapitala qoyulan investisiyalar 3,6 faizdən 3,4 faizə geriləyib və daşınmaz əmlak sektoru iyul ayındakı mənfi nəticəni təkrarlayaraq 10,2 faiz azalma yaşayıb. Daxili tələbin zəifliyi pərakəndə satışların illik artımını 2,1 faizə endirib.

Bu göstəricilər, Çin iqtisadiyyatının qarşısındakı çətinlikləri və gələcəkdəki qeyri-müəyyənliyi vurğulayır.