DÜNYA

13 Sentyabr

Türkiyədə nağd ödənişlərə limit gəlir

Türkiyənin Vergi İdarəsi, nağd ödənişlərin maksimal məbləğini 7 min türk lirəsi (205 dollar) ilə məhdudlaşdırmağı planlaşdırır.

Fins.az xəbər verir ki, qaydalara uyğun gəlməyən ödənişlərə görə cəzalar 5 min lirə (146 dollar) və ya alış-veriş məbləğinin 10 faizi qədər olacaq. Bu addım, kölgə iqtisadiyyatını azaltmaq və fiskal nəzarəti gücləndirmək məqsədini güdür.